Sumqayıtda silah-sursat tapıldı

Sumqayıtda silah-sursat tapıldı
  30 İyul 2014    Oxunub:714
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanıb.
Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd RPQ-17 tank əleyhinə qumbaraatan minasıdı. Aşkar edilmiş hərbi sursatı müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 15:35-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti