Sumqayıtda iki nəfər dənizdə batıb

Sumqayıtda iki nəfər dənizdə batıb
  30 İyul 2015    Oxunub:2114
Daxili İşlər Nazirliyi Sumqayıtda iki nəfərin dənizdə batması faktı ilə bağlı məlumat yayıb.
AzVision.az DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 29-də Sumqayıt dəniz çimərliyində Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimən tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanın və bacısı Gülbənizin boğulmasını gördüyündən onları xilas etməyə cəhd göstərib. Nəticədə N.Musayeva və Q.Muradov boğulub, xilas edilmiş Gülbəniz isə xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti