Spikerdən deputata atmaca - O xeyli “avropalaşıb”

Spikerdən deputata atmaca - O xeyli “avropalaşıb”
  14 Sentyabr 2015    Oxunub:3248
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında maraqlı məqam yaşanıb.
AzVision.az xəbər verir ki, spiker Oqtay Əsədov sistemdə nasazlıq yarandığı üçün əlində üç siyahının olduğunu bildirib: “Həmin üç siyahını birləşdirib hamıya, ilk növbədə isə “Avronest”in, Avropanın digər siyasi qurumlarının qruplarında təmsil olunanlara söz vermək istəyirəm. Bunun üçün ilk əvvəl Səməd Seyidov fikrini bildirsin, daha sonra “Avronest”dəki Azərbaycan nümayəndə heyətinin rəhbəri, deyəsən, o burada yoxdur, son zamanlar xeyli “avropalaşıb”, onun yerinə Əli Hüseynli, müxalifətdən Qüdrət Həsənquliyevə, iqtidardan isə Siyavuş Novruzova söz verəcəm”.

Qeyd edək ki, spikerin atmaca atdığı şəxs Azərbaycanın “Avronest “ PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovdur.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti