Silah satmaq istəyən ağdaşlılar tutulub

Silah satmaq istəyən ağdaşlılar tutulub
  24 İyun 2016    Oxunub:2092
Azərbaycanda silah satan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Vaqif Qasımov və Əlif Abdullayev “Naqan” tipli tapança və 7 ədəd patronu satarkən tutulublqar.

Araşdırmalar zamanı V. Qasımovun qeyd edilən silah və sursatı həmyerlisi Sabir Paşayevdən, onun isə Zərdab rayon sakini Əşrəf İbrahimovdan aldığı müəyyən edilib. Həyata keçirilmiş əməliyyat axtarış tədbirlərilə S. Paşayev və Ə. İbrahimov da yaxalanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti