Şirvanda son vəziyyət - Yaralılardan biri Bakıya gətirildi

Şirvanda son vəziyyət - Yaralılardan biri Bakıya gətirildi
  27 İyul 2016    Oxunub:3555
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayış nəticəsində yaralanan şəxslərdən biri Bakıya gətirilib.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, xəstə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

“Hazırda Xəstəxanada 7 nəfər müalicə alır. Onlardan 3-ü bu gün evə buraxılacaq. 1 nəfər Bakıya gətirilib. Qalanlar isə axşama qədər xəstəxanada qalacaqlar, vəziyyətləri yaxşı olsa, yaxın günlərdə evə buraxıla bilələr”-deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hadisə nəticəsində müəssisənin iki əməkdaşı – Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı həyatını itirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti