Şeyx Krala görə səfirliyə getdi

Şeyx Krala görə səfirliyə getdi
  27 Yanvar 2015    Oxunub:1561
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyində olub.
QMİ-dən AzVision.az-a verilən məlumata görə, Allahşükür Paşazadə iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Şeyxülislam Allahşükür Paşazadə səfirliyin əməkdaşları ilə görüşüb, mərhum kralla görüşlərini xatırladıb, onun iki ölkə arasında əlaqələrin inkişafında xidmətlərini qeyd edib.


Teqlər:





Xəbər lenti