Şəmkirdə dəm qazı faciəsi

Şəmkirdə dəm qazı faciəsi
  24 Oktyabr 2016    Oxunub:2170
Şəmkirdə dəm qazından zəhərlənmə olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Rayon sakini, 1965-ci il təvəllüdlü Gülnarə Bayramova və onun gəlini 1998-ci il təvəllüdlü Rəvanə Novruzəliyeva yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

G. Bayramova vanna otağında dünyasını dəyişib. Gəlin R. Novruzəliyeva isə dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti