Şəhid polislərdən biri Avropa çempionu imiş -FOTO

Şəhid polislərdən biri Avropa çempionu imiş -FOTO
  27 Noyabr 2015    Oxunub:19837
Nardaranda şəhid olan polislərdən ikincisinin də idmançı olduğu müəyyənləşib.
AzVision.az-ın "Report"a istinadən verdiyi məlumata görə, 38 yaşında dünyasını dəyişmiş İsmayıl Tağıyev ağırlıqqaldırma ilə məşğul olub.

O, Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu idi. Şəhid polis 2012-ci ildə Lənkəran Şəhər Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında keçirilmiş Avropa çempionatında 105 kq və 105 kq-dan yuxarı çəki dərəcələrində qızıl medal qazanıb.

İ.Tağıyevin iki oğlu, bir qızı var. Oğlu cəmi 2 həftə əvvəl doğulmuşdu.




Teqlər:





Xəbər lenti