Sərdar Cəlaloğlu kimi Müsavat başqanı gördüyünü açıqladı

Sərdar Cəlaloğlu kimi Müsavat başqanı gördüyünü açıqladı
  18 Sentyabr 2014    Oxunub:1473
“Müsavat başqanlığına iki ciddi namizəd Arif Hacılı ilə Qubad İbadoğludur”. Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının başqan seçimlərini şərh edərkən deyib.

O, hesab edir ki, bu namizədlərin hər birinin ayrı üstünlüyü var: “Onlardan biri təşkilati baxımdan, digəri isə intellektual baxımından güclü namizəddir. Ümumiyyətlə, başqanlığa namizədlərdən bu vəzifəyə kimin layiq olmasından çox, partiya üzvlərinin seçimi önəmlidir. Üzvlər kimi layiq görsə, həmin adam da başqan seçiləcək. Siyasi təşkilatlanma təcrübəsindən çıxış edərək deyə bilərəm ki, partiyanın təşkilatlanmasında kimin daha çox rolu olubsa, o adam da başqan seçilməlidir. Təşkilatları partiyaya həmin adam yığır, uzun illərdir münasibətləri o qurur, buna görə də məhz elə adamların başqan seçilmək şansı daha çoxdur”.

Bu təsvirdən belə anlaşılır ki, Sərdar Cəlaloğlu Arif Hacılını daha şanslı hesab edir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti