Səhəri tıxacla açan Bakı - FOTOLAR

Səhəri tıxacla açan Bakı - FOTOLAR
  30 Oktyabr 2014    Oxunub:3578
Paytaxt Bakı demək olar ki, hər gün səhəri bu mənzərə ilə açır: şəhərin mərkəzi yollarında tıxac, işə tələsən əsəbi insanlar və az qala bir-birlərinin ətini yeməyə hazırlaşan avtobus sürücüləri...
Bu gün də səhər saatlarında Bakıda tıxac müşahidə olunurdu. Nobel prospektindən tutmuş şəhərin mərkəzi yollarına kimi böyük tıxac yaranmışdı. Sürücülərin sözlərinə görə, onlar bu mənzərə ilə hər gün rastlaşırlar.

`Səhər saat 8-də evdən çıxırıq ki, işə vaxtında gedək, gəlib bu yolda saatlarla tıxacda gözləməli oluruq. Nobel prospektində, Afiyəddin Cəlilov küçəsində demək olar ki, hər gün tıxac olur. Yol polisi tıxacın qarşısını ala bilmir`-deyə sürücülər şikayətləniblər.



Tıxacın yaranmasına səbəb kimi, hansısa yüksək çinli məmurun bu yoldan istifadə etməsi göstərilir. Belə ki sürücülərin sözlərinə görə, səhər saatlarında Afiyəddin Cəlilov küçəsi yarım saata yaxın yol polisi tərəfindən bağlanır. Bu da tıxaclara gətirib çıxarır.



Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti