Səfir Əliyevlə Sarkisyanın görüşündən danışdı

Səfir Əliyevlə Sarkisyanın görüşündən danışdı
  22 Oktyabr 2014    Oxunub:1861
Prezidentlərin Paris görüşü sülh danışıqlarının alternativinin olmadığını vurğulayacaq.
Azvision.az-ın məlumatına görə, bu barədə Fransanın Ermənistandakı səfiri Anri Reno Serj Sarkisyan, İlham Əliyev və Fransua Ollandın yaxın günlərdə keçiriləcəyi görüşünü şərh edərkən bildirib.

`Fransa prezidentinin təklifi qəbul edilib və prezidentlərin görüşü yaxın günlərdə baş tutacaq. Detallara açıqlamadan bildirmək istəyirəm ki, görüşün keçirilməsində əsas məqsəd danışıqlar prosesinə yeni stimul verməkdir. Fransa prezidenti Ermənistan və Azərbaycan prezidentlərinin Paris görüşünün keçirilməsi təklifini tərəflər arasında inamın artırılması, həmçinin sərhəddə hərbçi və mülki vətəndaşların ölümünün qarşısının alınması üçün edib`.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti