Seçkilərlə bağlı vaxt uzadıldı

Seçkilərlə bağlı vaxt uzadıldı
  02 Sentyabr 2015    Oxunub:2634
Milli Məclisə seçkilərlə əlaqədar səsvermə vəsiqəsinin hazırlanması və DSK-lara verilməsi müddəti müəyyənləşib.
AzVision.az xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 1 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən sentyabrın 17-dək təsdiq edilməlidir.

Mərkəzi Seçki Komissiyası sentyabrın 17-dək səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrini dairə seçki komissiyalarına (DSK) verməlidir.

DSK-lar isə oktyabrın 17-dək səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrini məntəqə seçki komissiyalarına təqdim etməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti