Saxta əmək kitabçası verənlərə cinayət işi açıldı

Saxta əmək kitabçası verənlərə cinayət işi açıldı
  27 Noyabr 2014    Oxunub:1489
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin vəzifəli şəxslərinin qanunazidd hərəkətləri barədə həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı Xətai rayon Məşğulluq Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə ayrı-ayrı şəxslərin adlarına saxta əmək kitabçalarının tərtib edilməsi, əmək haqqı barədə arayışların müxtəlif şəxslərin adlarına saxtalaşdırılması, işsizlik müavinətlərinin düzgün hesablanmaması və yol verilmiş digər qanunsuzluqlar nəticəsində ümumilikdə 137 min 853 manat məbləğində qanunsuz ödənişlər aparılmaqla mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 313-cü ( vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti