Sarkisyan Martirosyan ailəsindən qisas alır

Sarkisyan Martirosyan ailəsindən qisas alır
  08 Oktyabr 2015    Oxunub:2466
Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyanın anası Cülyetta Virabyanı İrəvanda avtomobil vurub.
AzVision.az `news.am` saytına istinadən xəbər verir ki, hadisə qadın yolu keçmək istəyərkən baş verib.
Martirosyanın anası dərhal xəstəxanaya aparılıb.

“Erebuni” xəstəxanasından bildirilib ki, qəza nəticəsində Cülyetta Virabyanın bud sümüyü sınıb. Palataya yerləşdirilən qadının əməliyyat olunması müayinədən sonra məlum olacaq.

Hadisəni törədən sürücü barədə isə heç bir məlumat verilmir. Qəzanın hakimiyyət tərəfindən sifariş olunması ehtimalı da var.

Xatırladaq ki, Sentyabrın 21-də isə Vaan Martirosyanın həyat yoldaşının anası çalışdığı hərbi hospitaldakı vəzifədən çxarılıb. Onun qaynanası Anait Qasparyan 2015-ci ilin sentyabrın 17-dək Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hərbi Hospitalında işləyib.

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. Bundan başqa o, beynəlxalq təşkilatlara müraciət edərək İrəvanda qalan qohumlarının mühafizə olunmasını xahiş etmişdi.


Teqlər:  





Xəbər lenti