Sarkisyan Əsədə başsağlığı verib

Sarkisyan Əsədə başsağlığı verib
  25 May 2016    Oxunub:2735
Ermənistan prezidenti Serj Sarkisyan Suriya prezidenti Bəşər Əsədə Tartus, Latakiya və digər yaşayış məntəqələrində xeyli sayda mülki şəxslərin ölməsi ilə nəticələnən terror aktlarının törədilməsi ilə əlaqədar başsağlığı verib.
AzVision.az -ın məlumatına görə bu barədə Ermənistan prezidentinin ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

“Sizə və dost olan Suriya xalqına, ölənlərin yaxınlarına səmimi başsağlığımı çatdırır, yaxınlarına səbr, yaralılara sağalmalarını arzu edirəm”, - deyə məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti