Salyan sakini polisləri şantaj etdi

Salyan sakini polisləri şantaj etdi
  01 Sentyabr 2014    Oxunub:1885
Salyanda polisin keçirdiyi əməliyyat zamanı insident yaşanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, avqustun 31-də Salyan şəhərində şəhər sakini Mübariz Abbasova məxsus mağazaya gəlmiş naməlum şəxs orada satıcı işləyən Səadət Qasımovaya çəkiclə xəsarət yetirib oradan ərzaq məhsulları aparmağa cəhd göstərib. Müqavimətlə rastlaşdığından hadisə yerini tərk edib.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin rayon sakini Rəfayel Rüstəmov olduğu və onun xalası Natalya Rüstəmovanın evində olması, ora baxış zamanı isə R.Rüstəmovun bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirməsi müəyyən edilib.

Xəstəxanaya yerləşdirilmiş R.Rüstəmovun vəziyyəti orta-ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti