Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq
  20 Oktyabr 2016    Oxunub:2313
Sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.
AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 21-də paytaxt və yarımadada mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti