Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
  23 Avqust 2016    Oxunub:1856
Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq.

SOCAR-dan AzVision.az-a verilən məlumata görə, sabah saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara Magistral qaz kəmərləri sahəsinin “RVO” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri həyata keçiriləcək.

Təmir müddətində Ağsunun Padar və Nəmirli, Lənkəranın Rvo, Narbağı və Qrumba, Lerikin Piran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti