Sabah bu rayonda su olmayacaq

Sabah bu rayonda su olmayacaq
  30 İyun 2016    Oxunub:1552
Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Bakı şəhəri Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş magistral su xətləri mövcud sistemlərə birləşdirilir.

Bununla əlaqədar iyulun 1-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti