Sabah Milli Məclisin payız sessiyası başlayır

Sabah Milli Məclisin payız sessiyası başlayır
  29 Sentyabr 2016    Oxunub:1076
Sabah Azərbaycan Milli Məclisinin payız sessiyası başlayır.
MM-dən AzVision.az-a verilən məlumata görə, sessiyanın ilk plenar iclasının gündəliyinə 31 məsələ daxil edilib.

Bura Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planı, hökumətlərarası bir neçə sazişin təsdiqlənməsi, "Meliorasiya və İrriqasiya haqqında", "Dövlət rüsumu haqqında", "Poçt haqqında", "Reklam haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Aviasiya haqqında", "Yol hərəkəti haqqında" qanunlarına, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual və Cinayət Prosessual Məcəlləsinə əlavə dəyişiklik layihələri daxildir.

Qeyd edək ki, Milli Məclisin payız sessiyası dekabrın 30-dək davam edəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti