SOCAR-dan 55 milyard dollarlıq yatırım

SOCAR-dan 55 milyard dollarlıq yatırım
  05 May 2015    Oxunub:3098
Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və onun törəmə şirkətləri 18 hasilatın pay bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir.
AzVision.az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

Onun sözlərinə əsasən, birgə layihələrin iştirakçıları tərəfindən Azərbaycanın neft-qaz sektoruna 55 milyard dollar həcmində sərmayə qoyulub.

R.Abdullayev bildirib: "Təsis etdiyimiz 37 birgə müəssisə və 7 alyans neft və qaz sənayesinin demək olar ki, bütün sahələrində uğurla fəaliyyət göstərir. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirib".

SOCAR-ın prezidenti qeyd edib ki, son 20 ildə “Azəri-Çıraq-Günəşli” layihəsinə 3 mindən artıq yerli müəssisə və şirkət cəlb olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti