Rusiyadan Azərbaycana Qarabağ təklifi - Məmmədyarov danışdı

Rusiyadan Azərbaycana Qarabağ təklifi - Məmmədyarov danışdı
  29 Aprel 2016    Oxunub:4496
“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberqə bənzəyir”.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hamı aysberqin üst tərəfini görür: “Ancaq aysberqin aşağı tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söylənilib. Onların hamısı yenilənmiş Madrid prinsipləri əsaslanır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti