Rusiyada oxumaq istəyənlərə xəbər var

Rusiyada oxumaq istəyənlərə xəbər var
  26 Yanvar 2015    Oxunub:1737
Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi Rusiya Federasiyasının büdcəsi hesabına 2015/2016-cı tədris ilində bu ölkənin ali təhsil müəssisələrində təhsil almaq üçün sənədlərin qəbuluna başladığını elan edib.
AzVision.az xəbər verir ki, sənədlərin qəbulu və abituriyentlərlə müsahibə yanvarın 26-dan fevralın 20-dək adi iş günlərində (bazar ertəsindən cümə gününədək) saat 11:00-13:00 və 15:00-17:00 arasında Bakı şəhəri, Xocalı prospekti 20 (1178-ci kvartal) ünvanında yerləşən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (metronun “Xətai” stansiyası) aparılacaq.

Qəbul şərtləri barədə ətraflı məlumatı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin https://azvision.az/redirect.php?url=http://aze.rs.gov.ru saytından öyrənmək olar.

AzVision.az


Teqlər:





Xəbər lenti