Rusiyada helikopter qəzası - 3 yaralı

Rusiyada helikopter qəzası - 3 yaralı
  22 Oktyabr 2016    Oxunub:1351
Rusiyada “Mi-8” helikopteri Yamalo-Nenets muxtar dairəsində sərt eniş edib.
TASS xəbər verir ki, helikopterdə 22 sərnişin və üç ekipaj üzvü olub.

“Skol” aviaşirkətinə məxsus helikopterlə əlaqə bir müddət kəsilib. Sonradan komandir əlaqə yaradaraq bildirib ki, helikopter yanı üstə düşüb, üç nəfər yaralı var.

Hadisənin baş verdiyi yer müəyyənləşdirilir və orada mürəkkəb meteoroloji şəraitin olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qrupu Yeni Urenqoydan hadisə yerinə yola düşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti