24 YANVAR 2017 9+12 Bakı 1+6 Xankəndi 6+11 Xaçmaz 6+11 Bərdə 5+0 Lənkəran 7+12 Naxçıvan 7+12 Gəncə 9+12 Sumqayıt 1+6 Kəlbəcər 1+6 Laçın 1+6 Qubadlı 1+6 Şuşa 7+12 Ağdam Zəngilan 7+12 Cəbrayıl 7+12 Füzuli 6+11 Şəki

Rusiyada erməni terroru ilə bağlı petisiya başladı - Səs Verin! (VİDEOXƏBƏR)

Tarix 09.01.17, 9:27

Font ölçüsü : - / +


Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov 1977-ci ilin yanvarın 8-də ermənilərin Moskvada törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlayıb.

AzVision.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Oleq Kuznetsov özü məlumat verib. O. Kuznetsov petisiyada Rusiya Ali Məhkəməsi və Baş Prokurorluğundan ermənilərin 1977-ci il yanvarın 8-də Moskvada törətdiyi seriya terror aktları ilə bağlı cinayət işi materiallarının məxfilikdən çıxarılmasını xahiş edib. Onun sözlərinə görə, bu addım, erməni terroru və məlum cinayət haqqında bütün tarixi həqiqətlərin ortaya çıxmasını mümkün edəcək.



Qeyd edək ki, ermənilər terror aktını 1977-сi il, yanvarın 8-də Moskva metropoliteninin "İzmaylovskaya" və “Pervomayskaya” metro stansiyaları arasında vaqonda törədiblər. Eyni vaxtda ermənilər SSRİ KQB-sinin yerləşdiyi binanın yaxınlığındakı 15 saylı ərzaq mağazasında və "25 Oktyabr" (indiki Nikolskaya) küçəsində yerləşən 5 saylı mağazada terror aktları həyata keçiriblər.

Daşnak Zatikyan, Stepanyan və Baqdasaryanın törətdiyi bu 3 terror aktı nəticəsində 7, digər məlumatlara görə 29 nəfər həlak olub, 37 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bir müddət sonra terror hadisəsini törədənlər SSRİ hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Onların cinayət işi ilə bağlı məhkəmə prosesi ictimaiyyətdən gizli saxlanılıb. 1979-cu ildə məhkəmə ermənilər barəsində ölüm hökmü çıxarıb və hər üçü güllələnib.

Uzun illər sonra terrorçu Zatikyanın məhkəmədə çıxışından bir neçə məqam ictimaiyyətə məlum olub. Zatikyan məhkəmə zamanı bu sözləri deyib: “Mən dəfələrlə bəyan etmişəm ki, sizin mühakimədən imtina edirəm və heç bir müdafiəçiyə ehtiyacım yoxdur. Mən müqəssir deyiləm, mən ittihamçıyam. Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır. Digərlərinə də çatdırın ki, bizə yalnız qisas, qisas, bir daha qisas qalır!”.

Petisiyanı “Change.org” saytındakı LİNKƏ daxil olaraq imzalamaq olar.

AzVision.az


Xəbərin oxunma sayı : 6154


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 1523

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

Astana görüşündə razılıq əldə olundu - (VİDEOXƏBƏR) İlham Əliyev: `Qarabağa heç vaxt müstəqillik verilməyəcək` - (VİDEO) Sabiq məmurlar birləşib Sarkisyanı devirmək istəyir - (VİDEOXƏBƏR) Prezident yeni hərbi şəhərciyin açılışında - FOTOLAR+VİDEO Azərbaycanda maaş və pensiyalar artırıldı - (VİDEOXƏBƏR) ABŞ-ı etirazlar bürüdü - (VİDEOXƏBƏR) 27 ilin faciəsi - (FOTOLAR+VİDEO) Ermənistan ordusu `maketlərə` möhtac qalıb - (VİDEOXƏBƏR) Erməni əsgər Qarabağda hərbi xidmətdən imtina edib - (VİDEOXƏBƏR) Ermənistan 20 gündür şəhidimizin nəşini qaytarmır - (VİDEOXƏBƏR) Qarabağda erməni çavuş əsgəri güllələyib - (VİDEOXƏBƏR) Ermənilərin istifadə etdiyi `Şmel` nədir? - ARAYIŞ (VİDEOXƏBƏR) Sərhəddə təxribat: Ermənilər `Şmel`dən atəş açdı (VİDEOXƏBƏR) Ermənistanda hökumət böhranı yaranıb - (VİDEOXƏBƏR) Türkiyə təyyarəsi qəzaya uğradı: 42 ölü (VİDEOXƏBƏR) - YENİLƏNİB Cəbhədə vəziyyət gərginləşdi - Düşmənə cavab zərbəsi endirildi (VİDEOXƏBƏR) Ötən ilin korrupsiya hesabatı açıqlandı - (VİDEOXƏBƏR) Ermənistan 2017-ci ildə ağır itkilərlə üzləşəcək - (VİDEOXƏBƏR) `Ölkədə vəziyyət pisdir, korrupsiya tüğyan edir` - Karen Karapetyan (VİDEOXƏBƏR) Erməni baş nazir Sarkisyan rejimini parçalayır - (VİDEOXƏBƏR) ATƏT Ermənistanda fəaliyyətini dayandırır - (VİDEOXƏBƏR) Erməni komikdən Azərbaycan Ordusuna qarşı təxribat - (VİDEOXƏBƏR) Ərdoğan Ermənistanla sərhəddə divar tikdirir - (VİDEOXƏBƏR) Trampın andiçməsində Azərbaycanı kim təmsil edəcək? - EKSKLÜZİV (VİDEOXƏBƏR) Prezident Nazirlər Kabinetinin iclasını keçirdi - FOTOLAR+VİDEO Azərbaycan Ukraynadan ən çox silah alan ölkələrdəndir - (VİDEOXƏBƏR) Həmsədrlər şəhidimizin nəşinin qaytarılmasını tələb edir - (VİDEOXƏBƏR) Azərbaycanda H3N2 virusundan ölənlər var? - Rəsmi (VİDEOXƏBƏR) Rusiyada erməni terroru ilə bağlı petisiya başladı - Səs Verin! (VİDEOXƏBƏR) ABŞ Kəşfiyyatı:`Rusiya seçkilərdə Klintona mane olub` (VİDEOXƏBƏR)

XƏBƏR LENTİ