Rusiya vətəndaşlarından tiryək çıxdı

Rusiya vətəndaşlarından tiryək çıxdı
  01 Avqust 2014    Oxunub:1489
AzVision.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada yolla Azərbaycana gələn Rusiya Federasiyasının vətəndaşları – Zeynal Bayramov və özünü onun həyat yoldaşı kimi təqdim edən Marina Berestin üzərində yoxlama keçirilib.

Yoxlama zamanı onlardan 2 ədəd bağlamada ümumi xalis çəkisi 264,694 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti