Rusiya Ermənistana kəşfiyyat kompleksi yeridir

Rusiya Ermənistana kəşfiyyat kompleksi yeridir
  27 May 2015    Oxunub:1858
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına “İnfauna” müasir radiokəşfiyyat komplekslərinin ilk partiyası gətirilib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, çoxfunksiyalı komplekslər Rusiya ordusunun Gümrüdəki radioelektron mübarizə bölmələrinin ixtiyarına veriləcək.

Bu komplekslər ilk dəfə bu ilin yayında ilk dəfə keçirilməsi planlaşdırılan batalyon və baza taktiki təlimlərdə istifadə olunacaq.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti