Rioda Azərbaycan bayrağı qaldırılacaq

Rioda Azərbaycan bayrağı qaldırılacaq
  25 İyul 2016    Oxunub:2418
“Bir həftədən sonra idmançılarımızın qalan hissəsi Rio-de-Janeyraya yola salınacaq. Avqustun 2-də idmançılarımız ora çatacaq. Avqustun 3-də Olimpiya kəndində idmançıların salamlanması tədbiri keçiriləcək və Azərbaycanın bayrağı qaldırılacaq".
AzVision.az xəbər verir ki bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan Olimpiya komandası böyük heyətlə - 56 nəfərlə təmsil olunacaq.

A.Rəhimov idmançılarımızdan medal gözlədiyini söyləyib: “Azərbaycanla Braziliya arasında 8 saat vaxt fərqi, həm də fəsil fərqi var. Bunun hamısının yarışlara öz təsiri var”.

A.Rəhimov deyib ki, bu il oyunlarda 18 idman növü üzrə iştirak edirik. Onların 4-ü yenidir. Nazirin sözlərinə görə, paralimpiyaçılar sentyabrda yola düşəcəklər: "İnanıram ki, paralimpiyaçılarımız çox yüksək nailiyyətlə geri qayıdacaqlar. Olimpiya oyunlarında boyük tərkibdə komanda iştirak edir. Ona görə də Rio-de-Janeyroda Olimpiya Kəndində komandamız xüsusi binada yerləşdiriləcək. Biz bildirmişik ki, həmin binanın tərtibatında bayrağımız və s. rəmzlərimizin hamısı olmalıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti