Respublika Yanıq Mərkəzinin müdiri istefa verdi

Respublika Yanıq Mərkəzinin müdiri istefa verdi
  21 Oktyabr 2014    Oxunub:1653
Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov işdən azad olunub.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya açıqlama verən V. Ələkbərov öz istəyi və ərizəsi ilə işdən ayrıldığını deyib.

Onun sözlərinə görə Respublika Yanıq Mərkəzi üçün lazım olan vəsait və avadanlıq alınmayıb: “Özüm ərizəmi yazaraq işdən çıxdım”.

Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Vüqar Ələkbərovun söylədiklərini cəfəngiyat adlandırıb: “O, müdir kimi işini bacarmayıb, vəzifəsindən çıxarılaraq fəaliyyətini plastik cərrahiyyə şöbəsində həkim kimi davam etdirəcək. Mərkəz bütün lazımi aparatlarla, dərmanla təchiz olunur”.

Respublika Yanıq Mərkəzinə isə Şöhrət Məmmədov müdir təyin olunub.




Teqlər:  





Xəbər lenti