Rəsmi Bakı Ermənistana xəbərdarlıq etdi

Rəsmi Bakı Ermənistana xəbərdarlıq etdi
  03 May 2016    Oxunub:4216
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması Yerevanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalara münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib: "Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın ATƏT-in Minsk qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq. Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir".

XİN rəsmisi əlavə edib ki, Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti