Reportaj hazırlayan jurnalist çayda boğuldu

Reportaj hazırlayan jurnalist çayda boğuldu
  29 May 2016    Oxunub:1663
Gürcüstanın GDS teleşirkətinin əməkdaşı Zviad Txelidze reportaj hazırlayarkən qəza nəticəsində həyatını itirib.
AzVision.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Z. Txelidze Deşet rayonundan reportaj hazırlayıb.

Jurnalist Xad kanyonunda dağ çayına düşən çəkiliş aparatını çıxarmaq istəyərkən suya düşüb. Z. Txelidzenin axtarışına 50 xilasedici cəlb edilib və bu gün cəsədi tapılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti