Ramil Usubov üç rəisi işdən çıxardı - Yeni təyinatlar

Ramil Usubov üç rəisi işdən çıxardı - Yeni təyinatlar
  13 Noyabr 2015    Oxunub:11320
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
AzVision.az xəbər verir ki, nazir Ramil Usubovun müvafiq əmri ilə Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əli İbrahimov vəzifəsindən azad edilərək Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, vəzifəsindən azad olunan Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

Nazirin digər əmri ilə Sabirabad rayon Polis Şöbəsinin (PŞ) Cinayət Axtarış Bölməsinin rəisi Vüsal Şəbəndiyev Neftçala rayon Polis şöbəsinin rəis gətirilib.

Bundan başqa Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov da pensiya yaşına çatdığına görə, daxili işlər orqanlarından xaric edilib.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti