Ramazzotti Bakıda konsert verdi

Ramazzotti Bakıda konsert verdi
  28 Aprel 2016    Oxunub:2191
Aprelin 27-i Bakı Kristal Zalında dünya şöhrətli ulduz, italyan müğənnisi və bəstəkarı Eros Ramazzottinin konserti keçirilib.
AzVision.az-ın xəbərinə görə, romantik balladalar kralı Ramazzottinin "Perfetto" adlı dünya turnesi çərçivəsində keçirilən konserti Bakı sakinləri və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Mahnıların ən səmimi ifaçısı kimi dünya şöhrətini qazanan milyonların sevimlisi Eros Ramazzotti şou-proqram zamanı tamaşaçılara "Perfetto" albomundan özünün hitlərini və yeni kompozisiyalarını təqdim edib.

Sayca 13-cü olan "Perfetto" albomu 2015-ci il mayın 12-də işıq üzü görüb, 60 ölkədə ən çox satılan albomlarının top-onluğuna daxil ola bilib.

Eros Ramazottinin möhtəşəm şousu gözəl səhnə dekorasiyaları, unikal işıq effektləri və xüsusi olaraq bu şou üçün hazırlanmış nəhəng videoekranla, ən əsası isə çox gözəl musiqi və üslubla müşayiət olunub.

Konsertdə Eros özünü musiqiçi kimi də göstərib: "Stella Gemella" mahnısı zamanı gitarada solo, "Tra ventanni" mahnısı - fortepianoda, və nəhayət, finalda "Un angelo disteso al sole" zamanı akustik gitarada solo ifa edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti