Qumarxanalara görə cərimələr sərtləşdirilir

Qumarxanalara görə cərimələr sərtləşdirilir
  06 May 2016    Oxunub:1574
Azərbaycanda qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsinə görə cərimələr sərtləşdirilir.
AzVision.az xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə görə cərimələr üç min manatdan dörd min manatadək müəyyən edilir.

Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə cərimələr də üç min manatdan dörd min manatadək müəyyən edilir.

Qeyd edək ki, Məcəllənin hazırkı maddələrinə əsasən, yuxarıda qeyd olunan hallara görə cərimələr min beş yüz manatdan iki min manatadək məbləğdə nəzərdə tutulur.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti