Qubada güclü yanğın

Qubada güclü yanğın
  31 İyul 2015    Oxunub:2266
31 iyul 2015-ci il tarixində Quba rayonunun Pirvahid adlanan ərazisindəki pay torpaqlarında yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti