Quba yolunda ağır qəza - Ölən və yaralılar var

Quba yolunda ağır qəza - Ölən və yaralılar var
  01 May 2016    Oxunub:2006
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, magistral yolun 41-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində "Opel" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin 60 yaşlı sürücüsü vəfat edib. 47 və 35 yaşlı iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya minik avtomobilinin ötmə qaydalarına düzgün əməl etməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti