Qorbaçovun Ukraynaya girişinə qadağa qoyuldu

Qorbaçovun Ukraynaya girişinə qadağa qoyuldu
  26 May 2016    Oxunub:3507
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Ukraynaya girişi qadağan edildi.
Bu barədə “112 Ukrayna” telekanalı ölkənin Təhlüksəizlik Xidmətində olan mənbəyə istinadən məlumat yayıb.

“Ukrainskaya pravda”nın məlumatına görə, Qorbaçovun beş il müddətində ölkəyə girişi qadağan edilib. Xatırladaq ki, mayda sabiq sovet lideri Britaniyanın “The Sunday Times” qəzetinə verdiyi müsahibəsində Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyib. Onun sözlərinə görə, prezdient Vladimir Putinin yerində olduğu təqdirdə o, özü də belə hərəkət edərdi.

Bundan sonra Kiyev, 85 yaşlı Qorbaçovun ölkəyə və Avropaya girişini qadağan etmək niyyətini bildirib. Bu təşəbbüsü şərh edərkən SSRİ-nin sabiq prezidenti isə Ukrayanaya getmədiyini və bundan sonra da getməyəcəyini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti