Qızmar istilər gəlir - Ehtiyalı olun

Qızmar istilər gəlir - Ehtiyalı olun
  29 İyul 2015    Oxunub:3062
İyulun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az - a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 30-da mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 22-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti