Qiyamçılar Sarkisyana vaxt verdi

Qiyamçılar Sarkisyana vaxt verdi
  26 İyul 2016    Oxunub:2747
Ötən gün İrəvanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası keçirilib.

AzVision.az-ın “news.am”-a istinadən verdiyi xəbərə görə, müxalif “Təsisedici Parlamenti” təşkilatının nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə səhər saat 09:00-dək vaxt verib.

“Biz, bu hərəkatın mühüm dəyişikliklər naminə başladığını unutmamışıq. Əsas məqsədimiz – hakim rejimin istefasıdır”,- deyə Alek Eniqomşyan bildirib.

Sarkisyana verilən vaxt artıq başa çatıb.

Qeyd edək ki, yulun 25-də İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi keçirilib. Nümayişçilər silahlı qrupu qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti