Qəzzada ölü sayı 500-ə çatdı

Qəzzada ölü sayı 500-ə çatdı
  22 İyul 2014    Oxunub:838
İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 500-dən çox fələstinli ölüb, 3 min çox insan yaralanıb.
Bunlardan 268 nəfəri iyulun 17-dən İsrailin quru əməliyyatları başlayandan sonra ölüb.

Bunu Fələstinin səhiyyə nazirliyinin rəsmisi Ashraf al-Kidra açıqlamasında bildirib.

Son məlumatlara görə, İsrail tərəfdən isə 20 əsgər və 1 mülki şəxs ölüb.

BMT Təhlükəsizlik Şurası Qəzzada hərbi əməliyyatları dərhal dayandırılmasını tələb edib.(Ans)


Teqlər:





Xəbər lenti