Qəzada ölən ərəblərlə bağlı rəsmi məlumat

Qəzada ölən ərəblərlə bağlı rəsmi məlumat
  09 Fevral 2016    Oxunub:1842
Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonunda xarici vətəndaşların kanalda boğulması ilə bağlı məlumat yayıb.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də saat 20.00 radələrində İmişli rayonunun Xəlfəli kəndində Qətər vətəndaşı Salim Ali Said Əlməri icarəyə götürdüyü “Toyota” markalı avtomobili idarə edərkən körpüdən kanala aşırıb.

Nəticədə S.Əlməri və sərnişinlərindən - Səudiyyə Ərəbistanı vətəndaşı Melşari Zaid Əl Subeyd suda boğularaq ölüb, digər sərnişini, həmyerlisi Əbdüləziz Əl Kabiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti