Qəbələdə zəlzələ olub

Qəbələdə zəlzələ olub
  30 İyun 2016    Oxunub:2337
Azərbaycanda zəlzələ baş verib.
Seismoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, yeraltı təkanlar Qəbələ rayonunda qeydə alınıb.

Təkanlar bu gün yerli vaxtla saat 11:53-də Qəbələdən 10 km şərqdə olub.
Maqnituda 3.7 olan zəlzələ 11 km dərinlikdə olub. Zəlzələ 3 bal gücündə hiss olunub.

Bu gün ərzində qeydə alınan ikinci zəlzələdir. Belə ki, saat 06 radələrində Xəzər dənizində də təkanlar qeydə alınıb. Təkanların maqnitudası 3.0 olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti