Qayınatası maşını əlindən aldı - Kürəkəni də evini yardı

Qayınatası maşını əlindən aldı - Kürəkəni də evini yardı
  27 Avqust 2016    Oxunub:2234
Gəncədə və Bakının bir neçə rayonunda oğurluq cinayətləri qeydə alınıb. Onları birləşdirən əsas məqam isə bu əməllərin hamısının törədilməsində eyni üsuldan istifadə olunmasıdır.
Biri bakılı, biri ağcabədili. Onları birləşdirən isə eyni cinayət əməlidir. Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Elnur Aslanov və Ağcabədi rayon sakini Rəşad Xəlilov Bakıxanov qəsəbəsində yerləşən kafelərdən birində yaxalanıblar. Onlar açarseçmə üsulu ilə 9 mənzilin qarət olunmasında təqsirli bilinirlər. Saxlanılan şəxslərdən Elnur Aslanov dindirilmə zamanı günahını etiraf edib.

Elnur Aslanov– saxlanılan şəxs: “Binəqədi, Nəsimi və Sabunçu rayonlarında olub, bir mənzili də Gəncədə yarmışıq".

Gəncədə qarət olunan mənzil Elnurun qayınatasının evi olub. Bir neçə il bundan əvvəl qayınata kürəkənlə şərikli maşın alıb. Arada yaranan narazılıqdan sonra isə qayınata mülki etibarnaməni ləğv edib.

Rəşad Xəlilov– saxlanılan şəxs: “Gəncədə bunun qohumunun evinə getdik, mən haradan bilərdim ki, onun evində pul var, qızıl var. Qayınatasının evi idi. Dediyinə görə, narazılıq olub, maşını bunun əlindən alıblar".

Saxlanılan şəxsin sözlərinə görə, taksiylə Gəncəyə gediblər. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra Elnur kustar üsulla hazırlanmış açarlarla qapını açıb. Hər şey də ondan sonra baş verib:

Rəşad Xəlilov– saxlanılan şəxs: "Açdı qapını, dedi gəl bura. Artıq içəridə idi. Mənə bir bağlama verdi, boyunbağı idi. Sonra da qızıllar vardı. Şəhərə qayıdıb, qızıl boyunbağını 5400 manat satdı. Qızılları neçəyə satdığını bilmirəm".

Bu şəxslərin bir neçə analoji cinayətlərdə iştirak etdiyi istisna olunmur. Araşdırmalar davam etdirilir. (Region TV)

AzVision.az


Teqlər:





Xəbər lenti