Qayınata kürəkənini bıçaqladı

Qayınata kürəkənini bıçaqladı
  26 Sentyabr 2016    Oxunub:1878
Tovuzda qayınata kürəkənini bıçaqlayıb.
Məlumata görə, rayonun Qovlar şəhər sakini, 1983-cü il təvəllüdlü Ruslan İsmayılov bel nahiyəsinin bıçaq xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, R. İsmayılov mübahisə zəminində qayınatası Vitalik Cəfərov tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti