Qarabağ atı cinsinin inkişafına dəstək

Qarabağ atı cinsinin inkişafına dəstək
  22 Fevral 2017    Oxunub:3163
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də ölkəmizdə Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında Sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, Sərəncama əsasən, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Ağdam Atçılıq Təsərrüfatı” MMC-nin Atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə iki milyon manat vəsait ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti