Putinə 15 ildən sonra sürpriz

Putinə 15 ildən sonra sürpriz
  20 Aprel 2015    Oxunub:2840
Aprelin 26-da Rusiyanın “Rossiya 1” telekanalı Vladimir Putinin hakimiyyətdə olmasının 15 illiyi əlaqədar “Prezident” adlı film nümayiş etdirəcək.
Bu barədə AzVision.az “İnterfax”a istinadən xəbər verir.

“1999-cu ilin avqustunda “KQB casusu” (Xarici KİV-in fikrincə - red) gözlənilmədən baş nazirin səlahiyyətlərini icra edən şəxs olur. Putin həmin vaxt az tanınırdı. İndi isə o dünyanın ən nüfuzlu liderlərindən biridir. Öz lideri ilə yanaşı Rusiya da qalxırdı. Bizim ölkəmiz son 15 ildə nə qədər yol qət edib?”, – deyə müəlliflər filmdə sualın cavabını axtarırlar.

Filmdə rusiyalı biznesmenlər, hökumətin “ilkin simaları” ilə müsahibələr, Putinin şəxsi operatorlarının çəkdiyi kadrlar yer alacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti