Putin də Ərdoğana jest etdi

Putin də Ərdoğana jest etdi
  28 İyun 2016    Oxunub:41868
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitriy Peskov məlumat verib:

“Çərşənbə günü Rusiya prezidentinin təşəbbüsü ilə Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq. Bu təşəbbüs Rusiya tərəfindən irəli sürülüb”.

Peskov əlavə edib ki, tərəflər arasında telefon danışığı sabah - iyunun 29-da saat 12-də (Bakı vaxtı ilə 13:00) baş tutacaq. Mətbuat katibi "Putin Ərdoğana cavab məktubu göndərəcəkmi" barədə sualı cavabsız qoyub.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb. Türkiyə lideri Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranan gərginliyin düzəlməsində maraqlı olduğunu ifadə edib.

Ərdoğanın barışıq məktubundan sonra Putinin ona zəng etməsi Rusiya liderinin jesti kimi qiymətləndirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti