Prosineçkinin ilk sınağı - millimiz Maltaya qarşı

Prosineçkinin ilk sınağı - millimiz Maltaya qarşı
  28 Mart 2015    Oxunub:2303
Bu gün Avropa çempionatının seçmə mərhələsinin H qrupunda V turun oyunları keçiriləcək.
AzVision.az xəbər verir ki, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Malta ilə qarşılaşacaq. Qrupda 4 oyun keçirən yığmamızın aktivində hələ ki, xal yoxdur.

Keçirdiyi hər 4 görüşdə meydanı məğlub tərk edən komandamız bu gün ilk qələbəsini qazana bilər. Bu oyun yığmaya yeni gətirilən xorvatiyalı baş məşqçi Robert Prosineçki üçün də əlamətdar olacaq. Belə ki, təcrürbəli məşqçi bu postda millimizi ilk oyuna çıxaracaq.

Qarşılaşma saat 21:00-da başlayacaq. Oyunu türkiyəli hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, 10 xalla Xorvatiya və İtaliya milliləri H qrupunda 1-2-ci yerləri tututlar. Norveç yığması 9 xalla 3-cü, Bolqarıstan 4 xalla 4-cü sırada qərarlaşır. Aktivində 1 xalı olan Malta sonuncu olan Azərbaycandan 1 pillə irəlidədi.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti