Problemli kreditlərlə bağlı qərar qəbul ediləcək

Problemli kreditlərlə bağlı qərar qəbul ediləcək
  21 Oktyabr 2016    Oxunub:12185
Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini "bir dam altında" birləşdirməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatası sədri Rüfət Aslanlı deyib.

Palata sədri bildirib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir: "Müvafiq hesabat artıq Prezident Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq".

R.Aslanlı qeyd edib ki, ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mövcud bank qanunvericiliyi, o cümlədən "Banklar haqqında" qanuna əlavələrin layihəsi hazırlanıb: “Bu, imkan verəcək ki, bankların problemli aktivləri və öhdəliklərini bir-birindən ayıraq, sağlam aktivləri mövcud banklara keçirək, problemləri bir çətir altında birləşdirib həll edək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti