Prezidentlərin görüşü gözlənilir

Prezidentlərin görüşü gözlənilir
  23 Aprel 2014    Oxunub:810
ABŞ ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yaxın gələcəkdə baş tutacaq.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Səfir qeyd edib ki, bu görüş həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər.

R.Morninqstar ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi aktiv olduğunu söyləyib: "Hesab edirəm ki, münaqişənin həll edilməsi naminə konkret addımların müzakirəsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin müntəzəm görüşü çox vacibdir".


Teqlər:  





Xəbər lenti